ABŞ domen adları üzərində nəzarətdən məhrum olacaq

ABŞ domen adları üzərində nəzarətdən məhrum olacaq

ABŞ hakimiyyəti internet infrastrukturunun əsas komponenti üzərində nəzarət səlahiyyətindən imtinaya dair qərar verib. Söhbət qlobal domen adları sistemindən ("DNS"-"Domain Name System") gedir.

“BBC.com” saytına istinadən verilən xəbərə görə, IP ünvan və domen adları üzrə məsələlərin tənzimlənməsi ilə 1998-ci ildə təsis edilmiş “ICANN” qeyri-kommersiya təşkilatı məşğul olur. Təşkilat yarandığı gündən istənilən mübahisəli məsələlərin həllində son söz sahibi olan ABŞ Ticarət Nazirliyinin bölməsi Milli Telekommunikasiya və İnformasiya Administrasiyası (“NTIA”) tərəfindən idarə olunub.

Ekspertlərin fikrincə ABŞ hakimiyyəti 2016-cı il oktyabrın 1-də “ICANN” üzərində olan səlahiyyətlərindən imtina edəcək. Təşkilatın mənzil-qərargahı Los-Ancelesdə qalacaq, ancaq ABŞ hökuməti “NTIA” vasitəsilə internet ünvanlarla bağlı məsələlərə daha müdaxilə edə bilməyəcək. Adi istifadəçilər heç bir fərq hiss etməyəcək, çünki “ICANN” təşkilatı “DNS”i idarəetmə funksiyasına malikdir. Amma yeni struktur bütün maraqlı tərəflərin (hökumətlər, biznes və beynəlxalq internet cəmiyyətinin başqa üzvləri) rəyini nəzərə alacaq.

Bu qərarın əleyhinə olan tənqidçilər bildiriblər ki, “ICANN” üzərində nəzarətdən imtina edilməsi xarici dövlətlərin əl-qolunu açacaq, nəticədə onlar senzura tətbiq edə və öz ərazisində istənilən sayta girişi məhdudlaşdıra biləcəklər. (azərtac) /

Google+ WhatsApp ok.ru