Abdullah Gülün Ermənistan səfərinin şok təfərrüatı

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün Ermənistan səfəri ilə bağlı maraqla iddia ortaya çıxıb.
 
İngiltərənin Ekzeter Universitetinin ingilis dili və ədəbiyyatı professor Cerald Makklen yazdığı "Abdullah Gül and The Making of Modern Turkey" adlı kitabında Güllə Ermənitan Prezidenti Serj Sarkisyanın 2008-ci ildəki görüşü haqqında maraqlı faktlar açıqlayıb.
 
Makklen yazır ki, Sarkisyanın 2008-ci ilin sentyabrın 6-da Türkiyə və Ermənistan komandaları arasında Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçiriləcək oyununu birgə izləmək dəvətindən sonra Gül jurnalist Murad Yetkindən Sarkisyana incə mesaj göndərməsini istəyir. Məhz Gül jurnalistin Sarkisyandan aldığı müsahibəni oxuduqdan sonra İrəvana getməyə qərar verdiyini söyləyib.
 
"Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər olmadığı üçün Abdullah Gül Sarkisyanla birbaşa əlaqə yaratmaq üçün normal kanallardan istifadə etmədi. Dolayısı ilə "Radikal" qəzetinin yazarı Murad Yetkinin yardımından istifadə etdi", - Makklen yazıb.
 
Maide.az-ın "Axar.az"a istinadən verdiyi məlumata görə, Murad Yetkin Serj Sarkisyandan İrəvanda müsahibə götürmüşdü. Daha sonra Yetkin bu barədə yazmışdı: "Çankaya köşkündən bir məmur avqustun 26-da mənə Güldən Sarkisyana bir mesaj göndərib göndərməyəcəyimi soruşmaq üçün zəng etdi. Mesaj Gülün Sarkisyana salamlarını və xoş arzularını çatdırmaq və onunla Astanada bir yerdə olmaqdan məmnun olduğunu bildirməkdən ibarət idi".
 
Yetkinin Sarkisyanla müsahibəsini oxuduqdan sonra Gül erməni prezidentin dəvətini qəbul edəcəyini açıqlamışdı.

Google+ WhatsApp ok.ru