ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Muhəmməd Cavad Zərif ilə görüşəcək

ABŞ dövlət katibi Con Kerri bu gün Nyu-Yorkda İran xarici işlər naziri Muhəmməd Cavad Zərif ilə görüşəcək. Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
 
Kerri və Zərif bu gün Nyu-Yorkda keçiriləcək Nüvə Silahlarının Yayılmaması Razılaşması təşkilatının konfransına qatılacaq. Konfrans BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.
 
Daha sonra İran xarici işlər naziri və ABŞ dövlət katibi arasında ikitərəfli və "altılıq" formatında görüşlər keçiriləcək. Görüşlərdə aprelin 2-də əldə edilmiş çərçivə razılaşması və iyunun 30-na qədər yekun razılaşma mətninin hazırlanmasının gedişatı müzakirə olunacaq.
 

Google+ WhatsApp ok.ru