ABŞ dövlət katibi: `Trampın və Kruzun müsəlmanlarla bağlı sözləri bizi getdiyimiz ölkələrdə pərt edir`

ABŞ dövlət katibi Con Kerri ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində Respublikaçıların əsas namizədi olmaq üçün yarışan Ted Kruz ilə Donald Trampın müsəlmanların əleyhinə çıxışlarının getdiyi ölkələrdə bir çox liderin gündəmə gətirdiyini deyib.
 
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Kerri CBS televiziyasının "Xalqla Üzləşmək" proqramında Brüsseldəki hücumlardan sonra, Kruz və Trampın açıqlamalarının müsəlmanları hədəf alması haqqında danışıb.
 
"Getdiyim hər yerdə, görüşdüyüm bütün liderlər Amerikada nələrin baş verdiyini soruşur. Heç kəs inana bilmir ", - deyə o bildirib.
Kerri Amerikadakı müsəlmanların əleyhinə səsləndirilən ifadələrin, görüşdüyü liderləri "şoka saldığını" xatırladaraq, belə danışıb: "Bu vəziyyət bizim sabitliyimizin balansı haqqında insanları narahat edir. Müəyyən bir mərhələdə bu baş verənlər ölkəmizin adına bir xəcalətdir".
 
Qeyd edək ki, Texas senatoru Ted Kruz Brüsseldəki hücumlardan sonra, Facebook-da açıqlama verərək, ABŞ-da müsəlmanların kütləvi yaşadığı ərazilərdə patrulun gəzməli və təhlükəsizliyi təmin etməli olduğunu bildirmişdir.
 
Tramp isə Fox Business Network-a belə bir açıqlama vermişdir: "Açığını desək, müsəlmanlarla problemimiz var. Bu hücumların isveçli insanlar tərəfindən edilmədiyini sizə deyə bilərəm. Ağıllı olmağa məcburuq. Məscidlərə baxmalıyıq, orada baş verənləri təhlil etməliyik. Davam edən epidemiyalı bir problem var". /
 

Google+ WhatsApp ok.ru