ABŞ dövlət katibinin İraqa gözlənilməz səfəri

ABŞ  Dövlət Katibi Con Kerri İraq rəsmiləri ilə görüşmək məqsədi ilə İraqa  gözlənilməz səfər  edib.
 
Maide.az xəbər verir ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib ki, bu səfərdə Con Kerri  baş nazir Əl-İbadi,  XİN başçısı  İbrahim Cəfəri  və digər rəsmilərlə görüşəcək.
 
C.Kirbi  deyib ki, Con Kerri  bu  gün Bağdada səfər  edib.  Səfərdə  ABŞ rəhbərliyi ilə İŞİD-ə qarşı  koalisiya və eləcədə  İraqda  təhlükəsizlik, iqtisadi və siyasi  durum haqqında müzakirələr aparacaq.
 
 
 
2014-cü ildən İŞİD  terror qruplaşması  İraqa  hücum edib və bundan başqa  İraqda  böyük maliyyə böhranı yaşanır.
İraqın baş naziri  çalışır hazırkı böhranlarla mübarizə üçün mövcud  kabineti dəyişmək və teknokrat hökuməti onun yerinə gətirməyə çalışır.  Buna baxmayaraq  İraqdakı güclü partiyaların çoxu  onun bu addımına müxalifdirlər.
 

Beynəlxalq  KİV-lərin məlumatına görə, Kerri artıq İraqda bir sıra görüşlər keçirib. 

Avropa rəsmilərindən  biri  France-Presse  bildirib ki, İraqdakı  siyasi  proseslər rəsmi Vaşinqton üçün çox önəmlidir. Kerri İraqa səfərdən öncə  Bəhreyndə  Fars Körfəzi Əməkdaşlıq Şurasının XİN başçılarınıniclasında  İraq, Suriya və Yəmən problemlərini müzakirə edib.  /
 
 

Google+ WhatsApp ok.ru