ABŞ dövlət katibi: `Trump özü üçün danışır`

ABŞ dövlət katibi: `Trump özü üçün danışır`

"The Guardian" qəzetinin yazdığına görə ABŞ dövlət katibi Rex Tillersonun dediyindən belə çıxıb ki, adamlar "prezidentin danışdıqlarına çox da fikir verməməlidirlər".
 
Onun dediyindən həm də belə başa düşmək olar ki, Charlottesville şəhərində baş vermiş zorakılıqlar barədə verdiyi reaksiyadan sonra Trump "Amerika dəyərlərini" təmsil etmir.
 
Tillerson bazar günü Fox News kanalına deyib ki, "prezident özü üçün danışır".
 
Trump bir nəfərin həlak olduğu və onlarca insanın xəsarət aldığı bu zorakılığın məsuliyyətini "bütün tərəflərin" üzərinə qoyub.
 
Tillersondan soruşublar ki, belə bəyanatlardan sonra Trump Amerikanı xaricdə təmsil edə bilərmi?
 
Tillerson cavab verib: "Mən inanmıram ki, Amerika xalqının dəyərlərinə və Amerika hökümətinin bu dəyərlərə sadiqliyinə kimsə şübhə edir".
 
Müsahibəni alan Fox News aparıcısı soruşub: "Bəs prezidentin dəyərləri?"
 
"Prezident öz adından danışır" cavabını verib Tillerson.
 
Aparıcı Tillerson-dan özünü prezidentdən ayırıb-ayırmadığını da soruşub. Tillerson deyib ki, o eyni hadisə haqqında öz fikrini və Dövlət Departamentinin mövqeyini açıq bildirib.
 
Qəzet yazır ki, beləliklə Tillerson prezidentin Charlottesville hadisəsinə dəyişkən reaksiyasını paylaşmaqdan imtina edən növbəti hökumət nümayəndəsi olub.
 
Ötən həftə Financial Times prezidentin iqtisadiyyat müşaviri Gary Cohn-a istinadən bildirmişdi ki, Ağ Ev iqrçiliyi daha sərt tənqid etməliydi.
 
Bu həftə isə müdafiə nazirinin çıxışını göstərən video yayılıb. James Mattis orduya müraciətlə bildirirdi ki, "Amerikanın problemi" var və o "ilhamlandırıcı qüvvəsini itirib".
 
Müdafiə naziri habelə ordunu təmkinlə öz xidmətini davam etdirməyə çağırmışdı.
 
Bu həftəsonu isə keçşmiş vise-prezident Joe Biden yazıb ki, "indi bizim ağ irqçilər və KKK adamları ilə onların nifrətinə qarşı çıxanlara eyni qiyməti verən prezidentimiz var.
 

Google+ WhatsApp ok.ru