Abşeronda 57 yaşlı kişi özünü yandırıb

Abşeronda 57 yaşlı kişi özünü yandırıb

Abşeron rayonunda intihar hadisəsi baş verib. 
 
Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1959-cu il təvəllüdlü Ələkbər Əliyev yaşadığı evdə özünü yandırıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. |

Google+ WhatsApp ok.ru