Abşeronda iki maşın toqquşub, avtomobillərdən birinin sürücüsü ölüb

Dekabrın 7-də Abşeron rayonunda VAZ markalı iki minik avtomobili toqquşub.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobillərdən birinin sürücüsü, 1948-ci il təvəllüdlü Rəsulov Fikrət Rəsul oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Xilasedicilər F. Rəsulovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Google+ WhatsApp ok.ru