Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub, ölən var

Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub.
 
Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.
 
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır.
 
Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər./
 

Google+ WhatsApp ok.ru