Abşeronda teplovozda yanğın baş verib

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın “TQM-23” markalı teplovozda baş verib. Nəticədə teplovozun mühərrikində elektrik avadanlıqları yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. 

Google+ WhatsApp ok.ru