Abşeronda yanğın: 4 yanğınsöndürən xəsarət aldı

Abşeronda yanğın: 4 yanğınsöndürən xəsarət aldı

Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğında 5 nəfər xəsarət alıb.
 
Bu barədə Axar.az-a məlumat TƏBİB-in mətbuat xidmətindən verilib. Məlumata görə, xəsarət alanlardan 4-ü Fövqəladə Hallar Nazirliyinin (FHN) işçisidir:
 
“Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 1 nəfər qadın sifətin və yuxarı ətrafların 1 və 2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzinə hospitalizə olunub. Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir”.
 
Qeyd edək ki, bu gün “Cənnət Park” yaşayış kompleksində yerləşən doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində güclü yanğın baş verib.
 

Google+ WhatsApp ok.ru