Abşeronun bir sıra çimərliklərində çimmək qadağan olunub

FHN Şüvəlan qəsəbəsində çimərlikdə çimməyi qadağan etdiyini elan edib. Bununla əlaqədar olaraq, çimərlikdə mühafizə məntəqəsi qurulub, məntəqə əməkdaşları çimərliyə getmək istəyənləri buraxmır. Qadağa suyun çirklənməsi ilə əlaqədardır. Həmin sularda çimmək insan sağlamlığında problemlərə və infeksiyaların yayılmasına səbəb ola bilər.
 
Bir müddət əvvəl “Şıxov” və “Sahil” çimərliklərində də eyni səbəblərdən qadağa tətbiq edilib. Çimərliklərin çirklənməsinə səbəb çirkab sular, təmizlənməmiş müəssisə tullantılarının dənizə atılması və neft məhsullarının həcminin çox olmasıdır. 

Google+ WhatsApp ok.ru