Abşeronun bu ərazilərində işıq olmayacaq

Abşeronun bu ərazilərində işıq olmayacaq

Abşeron rayonu Quşçuluq Massivi, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində və Bağlar ETSİ-nin xidmət ərazisində - Məhəmmədi kəndində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
 
Maide.info bildirir ki, “Azərişıq” ASC-dən  verilən məlumata görə, fasilələr 3-5 oktyabr tarixlərində, saat 14:00-dan 16:30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) aparılan yenidənqurma işləri və 110/35/10 kV-luq “Zabrat” y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədardır.

Google+ WhatsApp ok.ru