ABŞ esminesi ticarət gəmisi ilə toqquşub

ABŞ esminesi ticarət gəmisi ilə toqquşub

ABŞ esminesinin Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfər çatıb. 

Bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri xəbər verib. 

Bildirilir ki, hadisə zamanı kapitan Bensondan başqa daha iki dənizçi xəsarət alıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Yokosukadakı hospitalına yerləşdirilmələrini tələb edib. 

ABŞ-ın Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşmuş esminesinin 7 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb. Bu barədə "NHK" teleşirkəti məlumat yayıb. 

Qeyd edək ki, ABŞ esminesi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşub. "USS Fitzgerald" esminesi Yokosukidən 56 dəniz mili (103,7 kilometr) cənub-qərbdə ticarət gəmisi ilə üz-üzə gəlib. (eastnews) /

Google+ WhatsApp ok.ru