ABŞ fələstinli professoru rahat buraxmadı

ABŞ-dakı müsəlman cəmiyyətinin tanınmış öndərlərindən olan Sami Əl Arian 11 Sentyabr terrorundan sonra başlayan istintaq prosesində həbs olunmuşdu. 
 
Maide.az xəbər verir ki, on ildən uzun çəkən mühakimə prosesinin bir qismində həbsdə olan, daha sonra razılaşma nəticəsində Florida məhkəməsi tərəfindən azadlığa buraxılan Arian yenə  rahat buraxılmamışdı.
 
Mühakimə olunduğu cinayət işindən mühakiməsi ayrılaraq yeni bir istintaq prosesi açılmasıyla birlikdə azadlığı məhdudlaşdıran Sami Əl Arian, bundan sonrakı prosesin böyük hissəsində ev həbsində saxlanılıb və GPS müşahidə sistemi ilə hər anı təqib edilib.
 
On ildən uzun müddətdə davam edən mühakimə və ittihamlar nəticəsində Sami Əl Ariana qarşı açılmış cinayətlərin hamısı məhkəmə tərəfindən rədd edilib və  iddialara xitam verilib.
 
Amma bunlara baxmayaraq, Arianın deportasiya edilməsi gündəmə gətirilib.

Google+ WhatsApp ok.ru