ABŞ Fələstin üzrə konsulluğu Qüdsdəki səfirliyə birləşdirib

ABŞ Fələstin üzrə konsulluğu Qüdsdəki səfirliyə birləşdirib

ABŞ dövlət departamenti dünən Fələstin üzrə Amerika baş konsulluğunun Qüdsə köçürülmüş ABŞ səfirliyə birləşdirildiyini elan edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Vaşinqtonun bu qərarı Fələstin rəhbərliyinin ciddi etirazına səbəb olub.
 
Bildirək ki, ABŞ səfirliyinin və konsulluğunun birləşdiriləcəyi planı hələ ötən ilin 18 oktyabrında ABŞ dövlət katibi Pompeo tərəfindən açıqlanmışdı. Ağ Evin bu qərarı Qüdslə bağlı fələstinlilərin mövqeyinə qarşı hörmətsizlik kimi qiymətləndirilib.
 
Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və 2018-ci ilin mayında öz ölkəsinin səfirliyini Təl-Əvivdən buraya köçürüb. Trampın bu addımından sonra Fələstin rəhbərliyi də ABŞ administrasiyası ilə bütün əlaqələrini kəsib.
 
Qeyd edək ki, ABŞ dövlət departamentinin mətbuat katibi Robert Palladino bildirib ki, bu qərar ABŞ-ın dünya miqyasında həyata keçirdiyi proqrama uyğun olaraq Ağ Evin bölgədəki diplomatik fəaliyyətlərinin və əməliyyatlarının effektivliyini artırmağa yönəlib, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və Qəzza zolağı ilə bağlı mövqeyində hər hansı dəyişiklik baş verməyib.
 
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə komitəsi ABŞ-ın bu qərarını kəskin tənqid edib. FAT bəyan edib ki, Qüdsdəki ABŞ konsulluğunun bağlanaraq müqəddəs şəhərdəki səfirliyə birləşdirilməsi beynəlxalq hüquq və konvensiyaların kobud şəkildə pozulmasıdır.
 

Google+ WhatsApp ok.ru