ABŞ gəncləri qəzet oxumur

ABŞ gəncləri qəzet oxumur

ABŞ -da aparılan bir araşdirmanın nəticəsinə görə, Amerikalı gənclərin sadəcə 2 faizi müntəzəm olaraq günlük qəzetləri oxuyur.
 
Maide.Az "dunyabulteni" istinadla xəbər verir ki, San Dieqo Universiteti tərəfindən aparılan araşdırmaya görə, Amerika gənclərinin sadəcə 2 faizi gündəlik qəzetləri oxuyur. Araşdırmaya qoşulan gənclərin sadəcə üçdə biri son bir il içərisində heç bir kitab oxumamışdır.
 
1990-cı ildə eyni universitet tərəfindən aparılan oxşar araşdırmada gənclərin üçdə birinin müntəzəm olaraq gündəlik qəzetləri oxuduğu məlum olmuşdu. Bu rəqəmin 2016-ci ildə 2 faizə düşməsi diqqət çəkir. Universitet araşdırmaya 1 milyondan çox gəncin qatıldığını bildirir.
 
Araşdırma aparan alimlər, gənclərin oxuma faizinin aşağı düşməsinə bu sözlərlə aydınlıq gətirib:
 
"Gənclərin internetlə göstərdiyi fəaliyyətləri də görməzdən gəlməməliyik. Orta hesabla bir tələbə 2016-ci ildə gündə orta hesabla 6 saat sosial medya istifadə edir, mesajlaşır, oyun oynayır və internet araşdırmaları edirdi. Bu rəqəm 1990-cı illərdəki gənclərin oxuma faizinin təqribən iki qatına uyğun gəlir. Bu müddət orta məktəb şagirdlərində gündəlik 4 saatdır."
 
Araşdirmada, gənclər arasında televizora baxma müddətinin aşağı düşdüyünə də işarə edilib.
 
1990 -cı illərdə orta məktəb şagirdlərinin 22 faizinin gündə orta hesabla 5 saat və daha çox televizora baxdığı qeyd edilərkən, 2016-cı ildə bu rəqəmin 10 faizə qədər aşağı düşdüyü müşahidə edilir.

Google+ WhatsApp ok.ru