Abgül Süleymanov 15 günlük karserə salınıb - vəkil

Oktyabrın 25-də  vəkil Zaman Səmədov ruhani Hacı Abgül Süleymanovun saxlandığı 13 saylı cəza çəkmə müəssəsində olub.
 
Maide.az-n İslamazeri.az saytına istinadla verdiyi məlumata görə, vəkil deyib ki, Abgül Süleymanovun karserə salınmasının səbəbi tamamilə özündən asılı olmayan işlərə görədir: "Onluq bir iş olmayıb. Lakin Abgül Süleymanovu 15 gün müddətinə cərimə kamerasına salıblar. Noyabrın 5-i karserdə qalma müddəti bitir. Hacı Abgül Süleymanovun Qobustan qapalı cəza çəkmə müəssisəsinə köçürülmə məlumatı isə həqiqəti əks etdirmir. Bunu bizə həbsxanada heç kim təsdiqləmədi."
 
Qeyd edək ki, Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, dini nifrət və düşmənçiliyin salınmasında, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, qanunsuz silah və narkotik saxlamada təqsirli bilinib. /

Google+ WhatsApp ok.ru