ABŞ hərbçiləri ilə dolu təyyarə İrana təcili eniş edib 06 Sentyabr 2014 01:00 Hərb Hərbçilərə icarəyə verilmiş "FlyDubai" təyyarəsi Əfqanıstan hərbi bazasına gedərkən bürokratik problemlər səbəbindən İranın cənubunda məcburi eniş edib. ABŞ dövlət departamentinin bəyanatında qeyd edilir ki, İran hakimiyyəti sənədləşdirmə problemleminə görə, pilotları əfqan bazasına geri qayıtmaq üçün məlumatlandırıb. Ancaq təyyarə ekipajı bu manevri edə bilməyib, çünki təyyarənin yetərli yanacağı olmayıb. ABŞ-ın dövlət departamentindən bildirilib ki, bir neçə saatlıq ləngimədən sonra bütün problemlər həll edilib. Təyyarə səfərinə davam edib və Dubayda yerə enib. Ümumilikdə, təyyarədə 140 sərnişin olub. Onlardan 100-ə yaxını isə ABŞ vətəndaşı olub. "Biz təyyarənin sərnişinlərinə kömək edən bütün tərəflərin fəaliyyətini alqışlayırıq", - deyə dövlət departamentinin mətbuat katibi Mari Хаrf bildirib. Teqlər : #ABŞ hərbçiləri ilə dolu təyyarə İrana təcili eniş edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Tovuz, Ağdam və Füzuli rayonları istiqamətində atəşkəsi pozublar Bu gecə də cəbhədə silahlar susumayıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'