ABŞ hərbçiləri Gürcüstana girdi

ABŞ hərbi dəniz qüvvələrinə məxsus Mount Whitney gəmisi Batumi limanına daxil olub.

Milli.az xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb. ABŞ hərbi dəniz qüvvələrinin nümayəndə heyəti Gürcüstana 5 günlük rəsmi səfər çərçivəsində gəlib.

Səfər çərçivəsində Gürcüstanın sahil güvənlik departamenti rəhbərliyi, Acarıstan Muxtar Respublikası rəhbərliyi və Batumi meri ilə görüş olacaq.

Birgə antiterror təlimlərinin keçirilməsi də nəzərdə tutulur./

Google+ WhatsApp ok.ru