ABŞ Hərbi Dəniz Donanması Yəmən sahillərinə əlavə gəmilər göndərib

ABŞ Hərbi Dəniz Donanması Yəmən sularına əlavə olaraq bir təyyarədaşıyan və bir raket kreyseri göndərib.
 
ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyanı və müşayətçi “Normandy” kreyseri Ərəb dənizinə Fars körfəzindən keçib.
 
Yəmən sularındfa ABŞ-ın artıq 7 hərbi gəmisi var.
 
ABŞ bildirir kİ, gəmilərin bura göndərilməsinə səbəb bölgədə baş verən sabitsizlikdir.
 
Xəbər verilir ki, ABŞ gəmiləri eyni yerə gələn 7 gəmidən ibarət İran eskadrasının hərəkətlərini diqqətlə müşahidə edir.
 
Bölgədəki Amerika gəmilərində ümumilikdə 2200 dəniz piyadası var.

Google+ WhatsApp ok.ru