ABŞ hərbçilərinə Türkiyəyə getmək qadağan edildi

ABŞ Ordusu Avropa Komandanlığı təhlükəsizlik səbəbilə ikili vətəndaşlığı olanlar, o cümlədən, hərbi və mülki işçilərin Türkiyəyə rəsmi olmayan səyahətləri həyata keçirməsini qadağan edib. 
 
Maide.az xəbər verir ki, ABŞ Ordusu Avropa Komandanlığı hərbi personalın Türkiyədə artan təhlükəsizlik narahatlıqları səbəbindən ölkəyə səfərini qadağan edib.
 
İkili vətəndaşlığı olanlar, o cümlədən, hərbi və mülki işçilərin rəsmi olmayan səyahətlər etməsi qadağan olunub. ABŞ Ordusunun Avropa Komandanlığının facebook səhifəsində dərc olunan qadağalar 9 noyabrdan etibarən qüvvəyə minəcək.
 
Türkiyəyə edilən rəsmi səfərlərdə isə ordudan icazə alınması lazımdır.
 
Xəbərdarlıqlara əlavə olaraq Türkiyəyə səyahət edəcək Müdafiə Nazirliyi rəsmilərinin, "etiraz hadisələrindən, aksiyalardan, mitinqlərdən və kütləvi tədbirlərdən uzaq dayanması lazım olduğu" qeyd edilib.

Google+ WhatsApp ok.ru