ABŞ hərbi aviasiyasının endirdiyi zərbə nəticəsində Somalidə 22 hərbçi həlak olub

ABŞ hərbi aviasiyasının endirdiyi zərbə nəticəsində Somalidə 22 hərbçi həlak olub

 
Əslində hava zərbəsi Aş-Şabab qruplaşmasının mövqelərinə endirilməli imiş
 
ABŞ hərbi aviasiyasının endirdiyi zərbə nəticəsində Somalidə 22 hərbçi ölüb.
 
Xəbər verilir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Tanınmamış Halmuduq dövlətinin təhlükəsizlik naziri Osman İssa bildirib ki, aviasiya zərbəsi qonşu Puntlend regionunun rəhbərliyinin xahişi ilə endirilib. Onun sözlərinə görə, əslində hava zərbəsi "Aş-Şabab" silahlı qruplaşmasının mövqelərinə endirilməli imiş.
 
"Puntlend ABŞ-ı yalan informasiya ilə məlumatlandırıb və bizim mövqelərimiz bombardmana məruz qaldı" – deyə yerli əsgərlərdən biri bildirib.
 
Pentaqon və Puntlend nümayəndələri də bildiriblər ki, aviasiya zərbələri "Aş-Şabab" silahlılarının mövqelərinə endirilməli imiş. (report) /                        

Google+ WhatsApp ok.ru