ABŞ Hərbi Dəniz Qüvvələrinin hər 4 əməkdaşından biri piylənmədən əziyyət çəkir

ABŞ Hərbi Dəniz Qüvvələrinin hər 4 əməkdaşından biri piylənmədən əziyyət çəkir

Pentaqonun məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hər 4 əməkdaşından biri piylənmədən əziyyət çəkir
 
Maide.Az "RİA novostiyə" istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin hesabatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hər 4 əməkdaşından biri artıq çəkidən əziyyət çəkir.
 
Bu da HDQ döyüş hazırlığını aşağı salır. Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin əsgərləri artıq çəkiyə görə ABŞ əsgərləri arasında birinci yerdədir: onların 22%-dən çoxu piylənmədən əziyyət çəkir.
 
Qeyd olunur ki, ABŞ əsgərləri arasında artıq çəki problemi il ildən ciddiləşir. Belə ki, 2011-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin kilolu əsgərlərinin sayı altı dəfə artıb. Eyni zamanda, digər ABŞ qoşun növlərinin hərbçiləri də oxşar dinamika ilə artmaqdadır. 
 
New York Times məlumatına görə, problemi həll etmək üçün Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi artıq hərbçilərin qida rasionundan bütün yağlı qidaları və şəkər tərkibli içkiləri kənarlaşdırıb, həmçinin idman zallarının 24 saatlıq iş rejimini tətbiq edib.

Google+ WhatsApp ok.ru