ABŞ hərbi qüvvələrinin Okinavada yerləşən hərbi bazasında yanğın baş verib

ABŞ hərbi qüvvələrinin Okinavada yerləşən hərbi bazasında yanğın baş verib

İyunun 22-də səhər saatlarında ABŞ hərbi qüvvələrinin Yaponiyanın Okinava prefekturasında yerləşən Kadena bazasında yanğın baş verib.
 
Bazanın ərazisində yerləşən binalardan birinin üzərində tüstü müşahidə edilib. Yanğının başvermə səbəbləri məlum deyil və zərərçəkənlər barədə məlumat verilməyib.
 
Kadena ABŞ hərbi qüvvələrinin yalnız Okinavada deyil, bütün regionda ən böyük hərbi bazalarından biridir.
 
Təqribən iki min hektar ərazini əhatə edən baza 3,7 min metr uzunluğunda iki uçuş-enmə zolağına malikdir.
 
Ümumiyyətlə, Okinava adası Yaponiyanın ümumi ərazisinin cəmi 0,6 faizini əhatə etsə də, ABŞ-ın Yaponiyadakı hərbi obyektlərinin 74 faizi məhz burada yerləşir. /azertac/
 

Google+ WhatsApp ok.ru