ABŞ işğalçı sionist rejimə görə Fələstinin müstəqilliyinin əleyhinə çıxdı

BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqilliyini nəzərdə tutan qanun layihəsinin səs verməsi ABŞ-ın işğalçı sionist rejimi dəstəkləməsi və layihənin əleyhinə çıxdığı üçün baş tutmayıb.
Maide.az-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Fələstinin müstəqilliyini nəzərdə tutan qanun layihəsini səs verməyə çıxardıb. Səs vermə Bakı vaxtı ilə 31 dekabr saat 02:00 baş tutub. 
Səsvermədə Fransa, Çin, Rusiya layihəinin lehinə,  ABŞ və Avstralya əleyhinə səs verib. Daha beş ölkə bitərəf qalıb. 
Qeyd edək ki, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürüb. Qətnamə layihəsinə əsasən İsrail 2017-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. 
Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.
 Bundan öncə ABŞ Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcəyini demişdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirmişdi./

 

Google+ WhatsApp ok.ru