ABŞ iki min hərbçisini Əfqanıstandan çıxarıb 22 Oktyabr 2019 06:18 Dünya ABŞ Əfqanıstandakı hərbi kontingentini tədricən azaltmağa başlayıb və artıq 2 min hərbçisini bu ölkədən çıxarıb. Maide.Az xəbər verir ki, “The New York Times” qəzetində bildirilir ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı general-leytenant Ostin Skott Miller Amerikanın bu ölkədəki hərbçilərinin sayının təxminən 12 min nəfərə qədər azaldığını təsdiqləyib. Həmçinin etibarlı mənbələrin məlumatına görə, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı yaxın zamanlarda 8,6 min nəfərə qədər ixtisar oluna bilər. Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşü zamanı terrorla mübarizə və ikitərəfli münasibətlər məsələsini müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatların Əfqanıstandakı kontingentinin ixtisar olunması bu ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla mübarizəyə zərər vurmadan həyata keçiriləcək. Xatırladaq ki, 2018-ci ilin payız aylarında ABŞ “Taliban” hərəkatı ilə danışıqlara başlayıb və artıq sülh barədə sazişdə irəliləyişə nail olunub. Tərəflər dörd əsas mövzunu - ABŞ qoşunların Əfqanıstandan tam çıxarılmasını və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə zəmanəti, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri müzakirə edərək müəyyən razılığa gəliblər. /azertac Teqlər : #ABŞ,#iki,#min,#hərbçisini,#Əfqanıstandan,#çıxarıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Londonda 'Ərbəin' yürüşü keçirildi Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO