ABŞ iqtisadiyyatı ikinci ən böyük tənəzzülün astanasındadır

ABŞ iqtisadiyyatı ikinci ən böyük tənəzzülün astanasındadır

Koronavirus epidemiyası Amerikadakı milyonlarla iş imkanlarını məhv edərkən bu ölkəni son yüz ilin ikinci ən böyük tənəzzülə sürükləyir.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, martın ortalarında və koronavirusunun yayılmasından sonra bu ölkədə 26,5 milyon insan iş yerini itirib.
 
Bu kontekstdə müşahidəçilər Amerikadakı işsizliyin 1929-1939-cu illər arasındakı böyük iqtisadi böhran dövründə qeydə alınan səviyyəyə çatacağını bildirirlər.
 
Amerikada işsizlik həcmi iki ay əvvəl 3 faiz olduğu açıqlanmışdı. İndi bu rəqəm 11,3 faizə yüksəlib.

Google+ WhatsApp ok.ru