ABŞ şirkətləri Talibana ödəniş edib

ABŞ şirkətləri Talibana ödəniş edib

Əfqanıstanın bərpası layihəsində iştirak edən ABŞ-ın və digər ölkələrin böyük şirkətləri öz təhlükəsizliklərinin təmini üçün Talibana ödəniş ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” yayıb. Məlumata görə, məhz bu pullar Taliban tərəfindən ABŞ-a qarşı istifadə edilə bilər.  

Qəzet artıq bununla bağlı 2009-2017-ci illər arasında Əfqanıstanda öldürülən və ya xəsarət alan 143 amerikalı hərbçinin ailələrinin məhkəməyə müraciət etdiyini bildirib.

Ailələr Talibana ödəniş edənlər arasında həmçinin USAİD-in iki podratçı şirkətinin olduğunu da qeyd ediblər. Bu şirkətlərin “DAI Qlobal LLC” və “Luis Berger Qrup” olduğu vurğulanıb.

Google+ WhatsApp ok.ru