Abituriyentlər online sınaq imtahanları verəcəklər

Abituriyentlər online sınaq imtahanları verəcəklər

-- stifadə olunan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə online sınaq imtahanları təşkil edir.
 
Maide.Az azərtac-a istinadən bildirir ki, hər qrup üzrə qiyməti üç manat olan online sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.
 
Hazırda 2015-ci və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə online sınaq imtahanları http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək.
 
Müxtəlif illərdə qəbul və sınaq imtahanlarında istifadə olunan bu test kitabçalarının online versiyası ilə abituriyentlər builki qəbul imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.
 
Qeyd edək ki, online sınaq imtahanlarında istifadə olunan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.
 
Abituriyentlər online imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı qazanırlar.
 
http://otk.az portalında yerləşdirilmiş online sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.
 
 

Google+ WhatsApp ok.ru