ABŞ koalisiyası​ Suriyada bir ayda 225 dinc sakini həlak edib

ABŞ koalisiyası​ Suriyada bir ayda 225 dinc sakini həlak edib

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) ABŞ-ın rəhbərlik​ etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın 23 aprel - 23 may tarixləri arasında həyata keçirdiyi hava hücumlarında 355 nəfəri həlak edib və bunlardan 225 nəfər mülki şəxslərin olduğunu açıqlayıb.
 
SOHR hesabatında, həlak olanlardan 44-nün uşaq, 36-sının da qadın olduğu vurğulanıb.
 
AFP-yə açıqlama verən SOHR-un sədri Rami Abdel Rəhman belə deyib: "Keçən ay koalisiyanın Suriyanı bombalamağa başlamasından etibarən ən çox mülki ölümün baş verdiyi ay olub. Çox böyük bir artım qeydə alınıb".
 
Bundan əvvəl koalisiyanın ən çox dinc sakin öldürdüyü 30 günlük tarix isə, 23 fevral - 23 mart arasında baş vermişdi. Həmin müddətdə 220 suriyalı dinc sakinin öldürüldüyü açıqlanmışdı.
 
Ən çox dinc ölümünün baş verdiyi hər iki ay da, ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra baş verib. Keçən ay baş verən ölümlərlə birlikdə koalisiyanın 3 illik fəaliyyəti ərzində öldürdüyü vətəndaşların sayı 1481-ə yüksəlib. Bunlardan 319-u uşaqdır. (deyerler) /

Google+ WhatsApp ok.ru