ABŞ koalisiyası Suriyada daha 5 mülki vətəndaşı öldürdü

ABŞ koalisiyası Suriyada daha 5 mülki vətəndaşı öldürdü

ABŞ rəhbərliyi altındakı beynəlxalq koalisiyanın Suriyanın Deyr əz-Zor ərazisindəki Hacin şəhərinə təşkil etdiyi hava hücumunda azı 5 mülki vətəndaş həyatını itirib.


Bu barədə Suriya dövlət xəbər agentliyi SANA xəbər verib.


Xəbərdə "Beynəlxalq koalisiyanın Deyr əz-Zorun şərqindəki Hacinə hava hücumunda 5 nəfər ölüb, bir neçə nəfər də yaralanıb", - deyə bildirilib.


Qeyd edək ki, koalisiya YPG-yə İŞİD-ə qarşı mübarizədə yardım bəhanəsi ilə müntəzəm olaraq Deyr əz-Zor bölgəsindəki şəhər və kəndləri bombalayır. Koalisiyanın hava hücumlarında çox sayda mülki vətəndaş həyatını itirib.


Xatırladaq ki, Suriya hökuməti ABŞ-ın bu hücumlarda beynəlxalq müqavilələrlə qadağan olunan ağ fosfor istifadə etdiyini açıqlamışdı./
Eastnews.org/

Google+ WhatsApp ok.ru