ABŞ koalisiyası Suriyanın Raqqa şəhərində yaşayış binasını vurdu

ABŞ koalisiyası Suriyanın Raqqa şəhərində yaşayış binasını vurdu

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın Suriyada İŞİD-in nəzarətindəki Raqqa şəhərində təşkil etdiyi hava hücumunda ən az 14 dinc sakinin həlak olduğu açıqlanıb.
 
İyunun 8-də Raqqada sakinlərin yaşadığı bir binanı vuran koalisiya təyyarələri ən azı 14 mülki şəxsin ölümünə, xeyli sayda insanın yaralanmasına səbəb olub.
 
Keçən həftə Suriya mediası Raqqada koalisiyanın hava hücumu nəticəsində azı 43 mülki şəxsin öldüyünü bildirmişdi.
 
Suriyanın Xarici İşlər Nazirliyi hava hücumlarını qınamış və BMT Baş Katibliyinə və BMT Təhlükəsizlik Şurasına koalisiyanın əməliyyatlarının İŞİD ilə müqayisə olunduğu məzmunda iki ədəd məktub göndərmişdi.
 
İyunun 5-də Livan mediası koalisiyanın Raqqa yaxınlığında təşkil etdiyi hava hücumlarında 30-dan çox mülki şəxsin öldüyünü bildirmişdi. (deyerler) /

Google+ WhatsApp ok.ru