ABŞ konqresinin işçiləri tətil aksiyası keçirib

ABŞ konqresinin işçiləri maaşlarının az olmasına etiraz olaraq tətil aksiyası keçirib.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına əsasən, ABŞ konqresinin işçiləri tətil aksiyasında  öz maaşlarının artırılmasını tələb edir. Onlar Amerika prezidenti Barak Obama hökumətinin siyasətlərinə etiraz  ediblər. 
800 amerikalı işçi bu ölkə konqresinin bəzi üzvləri ilə birlikdə Vaşinqton prospektlərində yürüş keçirdikdən sonra konqres binası önündə bir yerə toplaşıblar.
Amerikadakı bu tətil aksiyası və yürüş, cari ilin may ayından indiyədək maaşların artırılması tələbi ilə 10-cu belə tətil aksiyasıdır. /
 

Google+ WhatsApp ok.ru