ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiç edilməsinə səs verib.

 
Beləliklə Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq eyni prezident iki dəfə impiç edilib.
 
Yanvarın 13-də Nümayəndələr Palatasındakı demokrat çoxluğun təşəbbüsü ilə keçirilən impiçment sessiyası saatlarla davam edib. İmpiçment prosesində prezident Donald Trampa qarşı bir maddədən ibarət ittiham irəli sürülmüşdü.
 
Tramp “qiyamın qızışdırılmasında” ittiham olunurdu.
 
İmpiçment qərarı 232 leyhinə, 197 əleyhinə nisbəti ilə qəbul olunub. Dörd konqresmen səsvermədə iştirak etməyib.
 
Trampın impiç olunmasının leyhinə yalnız 10 respublikaçı səs verib. Bundan əvvəl demokratlar vitse-prezident Mayk Pensi Konstitusiyanın 25-ci Düzəlişini hərəkətə gətirməyə çağıran qətnamə qəbul etmişdilər.
 
Bu Düzəliş prezidentin “vəzifəsinə yararsız olduğu” hallarda hərəkətə gətirilir. Lakin Pens bu addımı atmaqdan imtina edib.