`Ağ Blok` parlament seçkilərində irəli sürüləcək namizədlərinin sayını açıqlayıb

"Avqustun 23-də "Ağ Blok"un təsis konfransı keçiriləcək. Həmin toplantıda bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayacağıq".
Bu barədə Müsavat başqanlığına sabiq namizəd, "Ağ Blok"un həmtəsisçisi Tural Abbaslı deyib.
O, "Ağ Blok"un seçkiyə 10 namizədlə qatılacağını bildirib: "Təsis konfransında əsas seçki mesajları veriləcək. Buna görə də müxtəlif yerli və xarici təşkilatların nümayəndələrini dəvət etmişik".

Google+ WhatsApp ok.ru