ABŞ məhkəməsi polisin müsəlmanlara qarşı casusluğa icazə verən Qanunu ləğv edib

ABŞ Appelyasiya Məhkəməsi Nyu-York polisinin müsəlmanlara qarşı casusluq etməsinə icazə verən Qanunu ləğv edib. 
Maide.az xəbər verir ki, Filadelfiya ştatının Appelyasiya Məhkəməsi terrorizmlə mübarizə bəhanəsi ilə müsəlmanlara qarşı casusluq edən Nyu-York polisinin toxunulmazlıq hökmünü ləğv edərək bildirib ki, islamçı qruplar öz vətəndaşlıq hüquqlarının Nyu-York polisi tərəfindən pozulması iddiası ilə çıxış edə bilərlər.
Nyu-Yorkda yaşayan müsəlmanlar 2012-ci ildə heç bir cinayət törətməyən və şübhəli bilinməyən müsəlmanlara qarşı gizli casusluq etdiyinə görə polisdən şikayət ediblər.
Qeyd edək ki, ötən il ABŞ-ın New Jersey ştatında federal məhkəmə bu məslə ilə bağlı iddiaçıların (müsəlmanların) polisin müsəlmanlara və məscidlərə qarşı casusluq etməsinə dair kifayət qədər dəlil-sübutlar təqdim edə bilmədiyi üçün şikayətlərini təmin etməmişdi. /
 

Google+ WhatsApp ok.ru