ABŞ məktəblərində atışma faktlarının sayı açıqlanıb

ABŞ məktəblərində atışma faktlarının sayı açıqlanıb

-- 2009-cu il yanvarın 1-dən hazırki vaxtadək ABŞ-da ən azı...

ABŞ məktəblərində son 9,5 il ərzində məktəblərdə 250-dən çox atışma faktı qeydə alınıb.
 
Bu barədə CNN telekanalının araşdırmasında deyilir.
 
"2009-cu il yanvarın 1-dən hazırki vaxtadək ABŞ-da ən azı 288 dəfə məktəblərdə atışma olub. Bu "böyük yeddiliy"ın digər altı ölkələsindən 57 dəfə çoxdur", - deyə araşdırmada deyilir.
 
Telekanal misal olaraq gətirir ki, Kanada və Fransada 2009-cu ilin yanvarından 2018-ci ilin mayınadək məktəb ərazilərində cəmi 2 atışma faktı qeydə alınıb, Almaniyada isə 1 fakt. Böyük Britaniya, İtaliya və Yaponiyada bu dövr ərzində ümumiyyətlə bu kimi faktlar qeydə alınmayıb.
 
Bundan başqa, CNN bu mövzu ilə əlaqədar "G7"yə daxil olmayan ölkələrə də nəzər yetirib. Məlum olub ki, Meksikada bu cür faktlar 8 dəfə, Hindistanda - 5, Əfqanıstanda - 3, Çin, Türkiyə və Rusiyada - 1 dəfə qeydə alınıb. (rakurs.tv)
 

Google+ WhatsApp ok.ru