ABŞ mətbuatı: Şahzadə Bin Salman ABŞ-ın ağır taktikaları qarşısında əzilir

ABŞ mətbuatı: Şahzadə Bin Salman ABŞ-ın ağır taktikaları qarşısında əzilir

Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd Bin Salmanın Ağ Evdən asılılığı onu ABŞ-ın çətin taktikaları qarşısında "əzik" hala gətirib.
 
Maide.Az bildirir ki, bu barədə ABŞ-ın aparıcı media orqanlarından olan "Bloomberg"də Bobbi Ghosh imzası ilə dərc edilən məqalədə bildirilir. Məqalədə ABŞ prezidenti Donald Trampın 2 apreldə telefonla əlaqə saxladığı vəliəhd Şahzadə Bin Salmandan neft hasilatını dayandırmasını tələb etdiyi, əks halda ABŞ əsgərlərini Səudiyyə Ərəbistandan çəkmə ilə hədələməsi xatırladılır.
 
Trampın 2 apreldəki təhdidini yerinə yetirmək üçün Konqresi hərəkətə keçirməyi seçdiyi vurğulanıb.
 
Trampın təhdidindən sonra Respublikaçı senator Bill Kassidinin ABŞ əsgərlərinin Səudiyyə Ərəbistandan çıxarılması istiqamətində layihəni gündəmə gətirdiyi xatırladılan məqalədə, "Şahzadə bin Salmanın başı dərddədir. Konqreslə körpüləri yenidən inşa etməyə ümidsiz halda ehtiyacı var. Ancaq o (Şahzadə Bin Salman), ABŞ-ın neft maraqlarına zərər vurduğu üçün bu indi daha çətindir", - deyə bildirilir.
 
Məqalədə bildirilir ki, Şahzadə bin Salman ölkəsinin "əvəzolunmaz müttəfiqi" olan ABŞ ilə əlaqələrində "düşüncəsiz strategiyalarının sərhədini" başa düşməlidir. Səudiyyə Ərəbistanının keçmiş rəhbərlərinin Ağ Evin yumşaqlıq göstərməsi üçün Konqresdəki dostlarına güvəndiyi, ancaq Şahzadə bin Salmanın Vaşinqtonda bir neçə dostunun olduğu və onları böhranlarda istifadə etməsinin çox mümkün olmadığına diqqət çəkilib.
 
Şahzadə bin Salmanın Yəməndəki müharibə, qadın haqları aktivistlərinin həbs edilməsi və jurnalist Camal Qaşıqçının öldürülməsi mövzularından Vaşinqtonda daim təcavüz altında olduğu vurğulanan məqalədə, Respublikaçı senator Lindsey Qrehem şahzadə Bin Salmanı "qeyri-sabit və etibarsız" kimi qiymətləndirən sözləri xatırladılıb.
 
Məqalədə qeyd edilir ki, Səudiyyə Ərəbistanına silah satışlarının məhdudlaşdırılmasından Qaşıqçı üçün ədalət tələb olunmasına qədər bir çox mövzuda Vaşinqtonda 2 partiyanın da Ər-Riyad hakimiyyətinə qarşı cəza tədbirləri üçün Ağ Evə dəstək olurlar.
 
Bir tərəfdən neft müharibəsinin, digər tərəfdən yeni tip koronavirus epidemiyasının Səudiyyə Ərəbistanı iqtisadiyyatına ciddi mənada zərər yetirdiyinə işarə edilən məqalədə, Şahzadə bin Salmanın Qırmızı dənizdə futuristik nəhəng şəhər inşa etmək fikrinin "gözlənilməz etirazla" üzləşdiyi, Yəmən dalanından ölkəsini etibarlı şəkildə çıxara bilmək üçün çox səy göstərməsi və xərc çəkilməsinə vurğu edilib.
 
Səudiyyə rəhbərliyinin neft bazarlarında gözlənilən addımları atmaması halında ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşəcəyi qeyd olunan məqalədə belə deyilir:
 
"Bu vəziyyət ölkələrimiz arasındakı iqtisadi və hərbi əlaqələri zərbə endirəcəkdir. ABŞ Orta Şərqdəki hərbi varlığı hər iki ölkənin iqtisadi rifahı və təhlükəsizliyini təmin edir. Konqres üzvləri olaraq bu tərəfdaşlığın zəifləməsini istəmirik, ancaq Krallıq ortaya çıxan bu enerji böhranını geri çevirmək üçün lazımi addımları atmasa, uyğun görülən qarşılıqlı reaksiyalar məsələsində ABŞ rəhbərliyini təşviq edirik".

Google+ WhatsApp ok.ru