ABŞ mediası ölkədəki irqi ayrı-seçkiliyi əsas gündəm hesab edir

Qaradərililərin amerika polisi tərəfindən qətlə yetirilməsi və Nyu York küçələrini etiraz dalğası bürüdükdən sonra, ABŞ mediasının fəalları arasında illik sorğu keçirilib.
Associated Press İnformasiya Agentliyinin məlumatına görə, sorğunun nəticələrinə görə Amerika şəhərlərində baş verən etirazlardan sonra ikinci önəmli xəbər Afrikanın qərbində Ebola virusunun yayılması, 3-cü önəmli xəbər isə İŞİD terrorçularının İraq və Suriyaya daxil olmasından sonra baş verən cinayətlərdir.
Qeyd olunan rəy sorğusu Amerika hökümətinin Kubaya sanksiya tətbiq etmək siyasətindən geri çəkilmək, Amerika-Kuba münasibətlərinin qurulması üzrə qərarını elan etməsindən və həmçinin Amerikanın Sony şirkətinin hakerlərinin hücumuna məruz qalmasından öncə aparılmışdır. /

 

Google+ WhatsApp ok.ru