ABŞ Milli Kəşfiyyatı: `2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşmə potensialı yüksəkdir` 10 Fevral 2016 02:00 Qarabağ xəbərləri Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik 2015-ci ildə yüksək olaraq qalıb. Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Konqresdə Birləşmiş Ştatların təhlükəsizliyi üçün əsas qlobal təhlükələrin qiymətləndirilməsi üzrə illik hesabatında bildirib. Onun sözlərinə görə, Azərbaycanın artan hərbi gücü və iqtisadi problemlər 2016-cı ildə münaqişənin gərginləşmə potensialını artırır. Hesabatda qeyd olunur ki, Azərbaycan aşkarcasına Dağlıq Qarabağa olan iddialarından imtina etmək niyyətində deyil, Ermənistan isə işğalı altında olan əraziləri azad etmək istəmir ki, bu da münaqişənin sülh yolu ilə nizamlanmasını çətinləşdirir.(report) Teqlər : #ABŞ Milli Kəşfiyyatı: `2016cı ildə Qarabağ münaqişəsinin gərginləşmə potensialı yüksəkdir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri pulemyotlardan da istifadə etməklə atəşkəsi 119 dəfə pozub Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni