ABŞ müsəlmanları ‘Vəhdət’ yürüşü keçirdi

ABŞ müsəlmanları ‘Vəhdət’ yürüşü keçirdi

ABŞ-ın  Nyu-York şəhərində İslam ümmətinin vəhdəti və Kəşmirə dəstək məqsədilə  müsəlmanlar izdihamlı yürüş keçirib. 
 
Maide.Az İQNA-a istinadla  xəbər verir ki, yürüş sentyabr ayının 22-də təşkil olunub və  yürüşdə üç mindən çox insan iştirak edib. 
 
35-ci "İslami Vəhdət" yürüşünün keçirilmə komitəsinin rəisi Fariz Fəyyaz bu barədə deyib: Bu yürüşdə hədəfimiz müsəlmanların əldə etdikləri nailiyyətləri, qardaşlığımızı, müxtəlif növ mədəniyyətimizi, öz mədəniyyətimizə bağlılığımızı və dinamik inkişafımızı hamıya göstərməkdir.
 
Yürüşdə iştirak edən və əslən Fil Dişi Sahilindən olan Adamz Fufana vurğulayıb: Altı ildir ki, bu yürüşdə iştirak edirəm. Hər il bu proqrama qatılmağı sevirəm. Çünki Amerikada yaşayan müsəlman cəmiyyətin müxtəlifliyinin göstəricisidir.
 

Google+ WhatsApp ok.ru