ABŞ İncirlik bazasından istifadə edəcək

Maide.az-ın məlumatına görə, Amerikanın "Associated Press" Agentliyi Vaşinqton rəhbərliyinin İŞİD-ə qarşı mübarizədə Türkiyədəki bazaları istifadə etmək üçün təsdiq aldığını açıqlayıb. Agentlik bu xəbəri Amerika Müdafiə Nazirliyinə istinadən yayıb.
 
Xəbərdə bildirilir ki, Amerikanın müdafiə naziri Çak Heygel Türkiyənin müdafiə naziri İsmət Yılmazla telefonda danışaraq belə bir razılığı alıb. 
 
Mütəxəssislər İŞİD əməliyyatlarının Türkiyə bazalarından qalxan təyyarələrlə edilməsi vəziyyətində İŞİD-in Türkiyəni hədəf ala biləcəyini deyirlər.
 
Qeyd edək ki, Türkiyənin Nazirlər Kabineti xəbəri təkzib edərək, danışıqlar getdiyini deyib. 
 

Google+ WhatsApp ok.ru