ABŞ nümayəndələrinin Dəməşqə gizli səfəri

 ABŞ dövlət katibi Con Kerrinin  ölkəsinin Suriya ilə bağlı siyasətinin dəyişməkdə olduğunu aşkar etməsindən bir həftə sonra bəzi mənbələr Dəməşqə ABŞ nümayəndələrinin səfərindən xəbər verirlər.
Maide.az xəbər verir ki, ABŞ dövlət katibi Con Kerrinin "Vaşinqtonun Suriya prezidenti Bəşşar Əsədlə müzakirədən başqa yolu yoxdur" deməsindən bir həftə sonra ərəbdilli Əlrəy Əlyum qəzeti bu gün yazıb ki, Amerika dövləti hazırkı şəraitdə Suriya hökuməti ilə sirli təmas kanalları yaratmağa çalışır. 
Mövcud məlumatlar göstərir ki, Amerikalı nümayəndə heyət yaxın gələcəkdə Dəməşqə gizli səfər üçün Suriya hökumətindən yaşıl işıq gözləyir. 
Son zamanlar da Fransa parlamenti üzvlərindən olan dörd nəfərdən təşkil olunmuş  nümayəndə heyəti Dəməşqə səfər etdi və Suriyanın prezidenti və bəzi rəsmiləri ilə görüşdü.
Suriya prezidenti Bəşşar Əsəd bundan öncə vurğulamışdı ki, avropalılıarın Suriya qarşısında fırlanmaları başlanıbdır və müxtəlif kəşfiyyat və diplomatik səviyyələrdə olan avropalı rəsmilər Dəməşqə gəlirlər./

Google+ WhatsApp ok.ru