ABŞ İnsan Haqları hesabatını açıqlayacaq

İyunun 25-də ABŞ Dövlət katibi Con Kerri Dövlət Departamentinin 2014-cü il İnsan Haqları Hesabatını açıqlayacaq. Hesabatın səhər saat 10:15-də açıqlanacağı gözlənir.
 
İllik İnsan Haqları hesabatı dünyanın ayrı-ayrı ölkələrində insan haqlarının durumunu əks etdirir. Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Tom Malinovski əlavə qeydlərlə çıxış edəcək və suallara cavab verəcək.
 
Bu ilki İnsan Haqları hesabatının açıqlanması bir dəfə təxirə salınıb.

Google+ WhatsApp ok.ru