ABŞ onlarla hərbçini Suriyanın şimalına ezam edib

50 amerikalı hərbçi bir neçə gün əvvəl Türkiyə ərazisindən Suriyanın şimalındakı Kobani şəhərinə daxil olub.
Maide.az xəbər verir ki, ABŞ iddia edib ki, bu qüvvələr İŞİD-lə mübarizə məqsədilə kürd qüvvələrə məşvərət missiyası həyata keçirmək və hərbi təlimlər keçmək üçün bu bölgəyə ezam ediliblər.
Eyni zamanda, ABŞ hərbi mənbələri və habelə Ağ Ev sözcüsü “Josh Earnest” keçən ay yaydıqları açıqlamada bildirmişdilər ki, ABŞ xüsusi təyinatlıları noyabrda hərbi mşəvərət məqsədilə Suriyanın şimalına göndəriləcək.
Suriyada gedən döyüşlər
Bununla bağlı xəbər verilir ki, Suriyanın Lazeqiyyə şəhərinin şimal ətrafında yerləşən Tel əs-Səfəh və Tel əş-Şeyx Mohəmməd rayonları azad edilib.
Məlumata görə, bu əməliyyatlar nəticəsində bir qrup terrorçu öldürülüb və yaralanıb.
Xəbər qaynaqları həmçinin İdlib şəhərinə yaxın ər-Rami kəndində Cibhət ən-Nüsrə və Əhrar əş-Şam terror qruplaşmaları arasında  gedən toqquşmalarda çox sayda terroristin öldürüldüyü haqda məlumat yayıb.
Digər xəbərlərdə deyilir ki, Homs səşəhrinin cənub şərqinə yaxın Qəritin şəhərində Suriya ordu qüvvələri ilə İŞİD terrorçuları arasında toqquşmalar qeydə alınıb. /
 

Google+ WhatsApp ok.ru