ABŞ ordusu İŞİD-lə mübarizə aparmaq üçün İraq ərazisinə yeridilə bilər

ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.
 
R.Odierno ABŞ ordusunun İŞİD-ə qarşı döyüşlərdə əsas deyil, köməkçi qüvvə qismində iştirakının mümkün olduğunu bildirib.
 
Qeyd edək ki, 60 yaşlı general 2008-ci ildən 2010-cu ilədək İraqda beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib.
 
Hazırda İraqda olan 4500 amerikalı hərbçi yerli hərbçilərə təlim keçir. 

Google+ WhatsApp ok.ru