ABŞ polisi 2017-ci ildə 987 nəfəri öldürüb

ABŞ polisi 2017-ci ildə 987 nəfəri öldürüb

-- ABŞ polisi ötən il 19 silahlsız qara dərilini öldürüb

ABŞ –da  polislər 2017-ci ildə 987 nəfəri silahla vuraraq öldürüb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Washington Post” qəzetində yerli rəsmilərə istinadən bildirilir ki,  2015-2017-ci illər ərzində  təqribən 3 min nəfər ABŞ polisi tərəfindən vurularaq öldürülüb. 
 
Statistikaya əsasən,  polis 2015-ci ildə 995 nəfəri, 2016-cı ildə 963 nəfəri,  2017-ci ildə 987 nəfəri silahla vurub öldürüb. 
 
Həmçinin  ABŞ polisinin  2015-ci ildə 36, 2016-cı ildə 17, ötən il siə 19 silahlsız qara dərili kişinin ölümünə səbəb olduğu bildirilir. 
 

 

Google+ WhatsApp ok.ru