ABŞ polisinin öldürdüyü şəxslərin əksəriyyəti qara dərililərdir

İngiltərənin Guardian qəzetinin açıqladığı rəqəmlərə görə, 2015-ci ildə 1134 nəfər polis tərəfindən öldürülüb ki, onların sayı 2014-cü illə müqayisə 444 nəfər çoxdur. 
Maide.az xəbər verir ki, polis tərəfindən öldürülən şəxslərin 15 faizdən çoxu 15-34 yaşlı qara dərili şəxslərdir ki, bu da yaş dövrünə görə,  öldürülən ağ  dərilərdən 5 dəfə çoxdur.
Qəzet yazır ki, ABŞ hökumətinin açıqladığı statistikaya görə, bu ölkədə ölən hər 65 qara dərilidən biri polis tərəfindən öldürülür. 
2015-ci ildə öldürülən qara dərilərdən 6 nəfəri yoldan keçən olub. Polisin açdığı atəş nəticəsində öldürülən qara dərilinin ən kiçiyinin 6 yaşı və ən qocasının isə 87 yaşı olub. Onlardan 43 nəfəri isə 18 yaşdan az yeniyetmələr olublar. 
Qara dərililər Amerika cəmiyyətinin 2 faizini təşkil edirlər. Ötən iki il ərzində ABŞ polisinin qara dərililəri öldürməsinə etiraz olaraq , bu ölkənin müxtəlif şəhərlərində geniş miqyaslı aksiyalar keçirilib. /
 
 

Google+ WhatsApp ok.ru