ABŞ polisi qaradərili yeniyetməni öldürdü

ABŞ polisi qaradərili yeniyetməni öldürdü

ABŞ-ın Texas ştatında polis əməkdaşı 15 yaşlı qaradərili yeniyetməni güllələyib.
 
Maide.Az xəbər verir ki, hadisə həmin yeniyetmə dostları ilə birlikdə avtomobildə olan zaman baş verib.
 
Belə ki, polis əməkdaşı spirtli içki yoxlanışı aparıb. Lakin polis bir anda silahını çıxararaq yeniyetməni qətlə yetirib.
 
Hadisədən sonra polis əməkdaşı saxlanılıb.
 
Qeyd edək ki, bu, ABŞ-da polislərin qaradərililərə qarşı ilk cinayəti deyil. Bundan öncə dəfələrlə buna bənzər hadisələr baş verib.
 
Hətta bu cinayətlərə qarşı ölkədə kütləvi etiraz aksiyaları da keçirilib. Buna baxmayaraq cinayətkar polislərin çoxu cəzasız qalıb.
 

Google+ WhatsApp ok.ru